Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə sammitində iştirak etmək üçün Qazaxıstana səfərə gedib.
Unikal.org xəbər verir ki, Azərbaycanın dövlət başçısını Astana beynəlxaq hava limanında Qazaxıstan baş nazirinin birinci müavini Yerbolat Dosayev və Astana şəhəri merinin müavini Kosman Aytməhəmmədov qarşılayıblar.
Qeyd edək ki, sammit Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə sentyabrın 10-11-də Astanada keçiriləcək.