Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən APA-ya bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli APA-ya deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.