Mağazadan alınan az işlənmiş mobil telefonun istifadəsinə bir neçə ay sonra nazirlik tərəfindən məhdudiyyət qoyulub.
Bu barədə vətəndaş Nahid Məmmədov (ad şərtidir-red) Unikal.org-a müraciətində bildirib. O, deyib ki, bu ilin mart ayında "Azadlıq metrosunun çıxışında yerləşən telefon dükanından 170 AZN-ə az istiadə olunmuş mobil telefon alıb: "Telefon 5 ay sonra, yəni, bu ilin avqust ayında bağlandı. Imei.az saytında yoxladıqdan sonra məlum oldu ki, telefon kredit borcuna görə, bloklanıb. Məsələ ilə bağlı dükan sahibinə məlumat verdim. Mazağa müdiri bildirdi ki, buna görə məsuliyyət daşımır. Araşdırmadan sonra məlum oldu ki, mobil telefon Sumqayıt şəhərində yerləşən "ABC-Telcomun mağazasından 6 aylıq kreditlə alınaraq ucuz qiymətə "Azadlıqmetrosunun çıxışındakı mağazaya satılıb. Krediti isə ümumiyyətlə ödənməyib. Hazırda telefon işləmir, mağaza da telefonu geri qaytarmır.
Unikal.org-un araşdırmasına görə, minlərlə vətəndaş sözügedən dələduzluğun qurbanı olub.
Bundan başqa "Kontakt - Home mağazalar şəbəkəsinin (ABC-Telecom) vətəndaşlara kreditlə satdığı mobil telefonların aylıq ödənişi gecikdirildiyi və ödənimədiyi təqdirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən İMEİ koduna blok qoyularaq istifadəsinin məhdudlaşdırılması barədə mətbuatda dəfələrlə yazılıb.
Məsələnin aktuallığını nəzərə alaraq Unikal.org-un əməkdaşı problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərib.
Sorğunu nazir müavini İltimas Məmmədov cavablandırıb. O, qeyd edib ki, mobil telefonların istifadəsinə məhdudiyyət təbiq edilməsi və buna zərurət aradan qalxdıqdan sonra məhdudiyyətin götürülməsi "ABC-Telecom MMC ("Kontakt Home, bundan sonra- Cəmiyyət) ilə müştərilər arasında bağlanan nisyə alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş ödəniş şərtlərinin alıcı tərəfindən pozulması hallarında, Cəmiyyətlə bağlanmış müqaviləyə əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesabalama Mərkəzi tərəfindən icra edilir:
"Sizin Rabiə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmış "Kontakt Home mağazalar şəbəkəsində kreditlə alınan və ödənişi gecikdirilən mobil telefonların istifadəsinə məhdudiyyət qoyulması məsələsinə aydınlıq gətirilməsi barədə 25.08.2017-ci il tarixli elektron müraciətinizə baxılmışdır.
Bildiririk ki, mobil cihazların qeydiyyata alınması və onlara telekommunikasiya şəbəkələrində xidmət gösərilməsinin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekar tarixli 212 nömrəli qərarı ilə təsdiqlənmiş "Mobil Cihazların Qeydiyyatının Aparılması Qaydası ilə tənzimlənir və qaydaya əsasən qurulmuş mobil cihazların qeydiyyat sistemi üzrə işlərin icra edilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən həyata keçirilir.
Müraciəinizdə qeyd olunan konkret hal üzrə mobil telefonların istifadəsinə məhdudiyyət təbiq edilməsi və buna zərurət aradan qalxdıqdan sonra məhdudiyyətin götürülməsi "ABC-Telecom MMC ("Kontakt Home, bundan sonra- Cəmiyyət) ilə müştərilər arasında bağlanan nisyə alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş ödəniş şərtlərinin alıcı tərəfindən pozulmaıs hallarında, Cəmiyyətlə bağlanmış müqaviləyə əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesabalama Mərkəzi tərəfindən icra edilir.
Bildiririk ki, Cəmiyyət ilə müştərilər arasında bağlanan mobil cihazın alqı-satqı müqaviləsinin müvafiq bəndi müştərinin müqavilə şərtlərini pozduğu halda, Cəmiiyyət tərəfindən malın istifadəsinin mümkünsüz edilməsinə, o cümlədən mobil cihazın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoyulmasına əsas verir.
Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilən "fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər müddəası tərəflər arasında sərbəst şəkildə müqavilənin şərtlərinin pozulması halında tətbiq olunacaq məhdudlaşdırmaların müəyyən edilməsinə imkan verir.
Həsən Babayev