Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam və Laosa səfər edəcək.
XİN-dən unikal.org-a verilən məlumata görə, səfər sentyabrın 12-16-da baş tutacaq.
Səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam və Laosun xarici işlər nazirləri və digər rəsmi şəxslərlə görüşəcək.