"İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır".
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.
Onun sözlərinə görə, nazirlik A.Lapşinin tezliklə İsrailə gəlişini təmin edəcək: "İsrail XİN Azərbaycan Prezidentinin A.Lapşini əfv etməsindən məmnundur. Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq".
E.Nahşon deyib ki, israilli diplomatlar bloqqerə həbsdə olduğu müddət ərzində dəstək veriblər.