İsraildə səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya Müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan "Yad Vaşem memorial kompleksini ziyarət edib.
Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub və xatirə kitabını imzalayıb.