Prezident İlham Əliyev bir sıra ölkələrin səfirlərini geri çağırıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı prezident sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılsın".