İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.
MN-dən unikal.org-a verilən məlumata görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, Mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.