Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı yaxın həftələrdə baş tutacaq.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə apardığı danışıqların yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib."Xəzər statusunu müzakirə etdik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dair müzakirələr sonuncu mərhələyə daxil olur. Yaxın həftələrdə Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının növbəti toplantısını keçirəcəyik,- deyə Lavrov vurğulayıb.