Tacikistan prezidenti İmomali Rahmonun ölkənin Darvaz rayonundan paytaxt Düşənbəyə yola salınması zamanı Xoroq şəhər hava limanının rəisi, 60 yaşlı Dildor Maksudşoyev aldığı xəsarətdən ölüb.
Unikal.org Tacikistan KİV-inə istinadən xəbər verir ki, o, dövlət başçısının helikopterinə yaxın yerdə durubmuş.
Məlumata görə, helikopterin pərlərinin yaratdığı gücülü külək hava limanı rəisinin üstündə dayandığı xalçanı onunla birlikdə havaya qaldırıb. Külək xalçanı yaxınlıqdakı böyük daşa çırpıb. Zərbə nəticəsində D.Maksudşayev ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orta Asiya ölkələrində bütün hallarda yüksək vəzifəli məmurun ayağı altına xalça sərilməsi adətdir.