Azərbaycan prezidenti İlham Əliyev Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Unikal.org-un məlumatına görə, görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri, "Çıraq və "Günəşli yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edilib, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil şirkəti arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
15:26
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.
Unikal.org xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.