AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri "Azəri, "Çıraq, "Günəşli yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanması münasibətilə təbriklərini dövlət başçısına çatdırıblar və bunu böyük tarixi hadisə kimi qiymətləndiriblər.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev imzalanan Saziş, tərəfdaşlar və "Azəri, "Çıraq, "Günəşli yataqlarında aparılan işlərdən danışıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

16:21

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Unikal.org xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.