İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qobustan və Biləsuvar rayonlarında "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbirlər təşkil edəcək. 

Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyevin unikal.org-a verdiyi məlumata görə tədbirlərdə hər zaman olduğu kimi yenədə aidiyyatı qrumlarla yaxından əməkdaşlıq ediləcək, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları və tədbir təşkil olunacaq rayonlarda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının nümayəndələri, İcra Hakimiyyəti nümayəndələri, Bələdiyyə nümayəndələri və digər qrumların nümayəndələri, rayonun fəal gəncləri də tədbirlərə dəvət olunacaq.