Unikal.org Milli.az-a istinadən oxucu məktubunu təqdim edir:
"Salam. Adım Gültəndi, 21 yaşım var. Artıq 3 ildən çoxdur ki, İstanbulda yaşayıram ve burada təhsil alır, həm də çalışıram. Son 3 ay bundan əvvələ qədər hər şey öz axarı ilə davam edirdi. Burada azərbaycanlı rəfiqəmlə bərabər kirayə tutduğumuz evdə yaşayırdıq. Azərbaycanlı bir oğlanla tanış olmuşdum. O da bura təhsil almağa gəlmişdi. Adı Orxan idi. İlk vaxtlar münasibətlərimiz sadəcə dost səviyyəsində idi. Zamanla mən Orxana bağlandım, gecə- gündüz onu düşünürdum.
Onun da mənə qarşı eyni hisslər bəslədiyini bilirdim. İstanbul sanki bizim şəhərimiz idi, Fateh Sultan Mehmet bu şəhəri sanki bizim üçün fəth etmişdi. Bir-birimizə bağlılığmız günü-gündən artırdı. Rəfiqəmin Orxandan xoşu gəlmədiyini hiss edirdim və bunun qısqanclıq olduğunu düşünür , əhəmiyyət vermirdim.
Ad günümdə Orxan məni və rəfiqəmi şam yeməyinə dəvət etdi. Rəfiqəm əvvəlcə etiraz etsə də, ad günüm olduğu üçün təklifimi qəbul etmək məcburiyyətində qaldı. Çox lyuks bir restoranda Orxan bizi qarşıladı və bizə ayrılmış masaya yaxınlaşanda gördük ki, Orxanın dostu Fuad da ordadır.
Orxan bizi tanış etdikdən sonra, əyləşdik. Gecə yarıya kimi ad günümü yeyib- içərək, deyib gülərək qeyd etdik. Həmin gecə boyunca Fuadın rəfiqəmdən gözünü çəkmədiyin sezmişdim. Çox içdiyimiz üçün gecəni Orxangildə keçirtdik. Həmin günün səhərisi rəfiqəmin səsinə oyandım və onun ağladığını gördüm. Səbəbini soruşanda ilk öncə inana bilmədm. Rəfiqəm gecəni Fuadla yaxınlıq edərək keçirtmişdi və bunu içkili olduğu üçün qeyri- iradi etdiyini mənə ağlayaraq başa salmağa çalişırdı. Mən ona təsəlli verdim və bunu unutmağını söylədim. Bu olanları Orxana danişdim, o isə bunun adi hal olduğunu söyləyərək öz dostunu müdafiə etdi və onunla aramızda böyük bir mübahisə oldu. Bir neçə gün Orxanla danışmadım. Gözləmədiyimiz , inanmaq istəmədiyimiz bir şey oldu....
Bəli, rəfiqəm hamilə idi. Mən Orxanı evə çağırdım və baş verənləri danışdım. Orxanın sözləri isə məni şoka saldı . Rəfiqəmin abort etdirmək lazım olduğunu soyuqqanlılıqla söylədi və bunun böyüdülməməsinin hər kəs üçün yaxşı olcağını bildirdi. Rəfiqəm, artıq neçə gün idiki otağından kənara çıxmır, mənimlə belə danışmırdı. Bir gün sonra Fuadla danışmaq üçün onlara getdim. Orxan mənə Fuadın artıq burada olmadığını və şəhəri tərk etdiyini söylədi. Mən Orxanın yalan söylədiyini hiss etdim və Orxan məni təhqir etməyə başladı. Mən bir neçə gün Fuadı axtardım ama tapa bilmədim . O gündən etibarən Orxanla bir daha görüşmədim , rəfiqəm isə məndən xəbərsiz Bakıya qayıtmışdı. Sizcə burada kim günahkardır?"