Dünən saat 14:30 radələrində Bakı metrosunda insident baş berib. Belə ki, metronun "28 May" stansiyasında gənc xanımın bir qolu metroya daxil olarkən vaqonun qapıları arasında qalıb. Maşınist hadisədən xəbərsiz olduğu üçün qatarı işə salıb. Vaqonda olan digər sərnişinlər dərhal qadının imdadına çataraq onu xilas ediblər. Bundan bərk qəzəblənən gənc xanım isə metronun "Nizami" stansiyasında düşərək maşınisti təhqir edib. Bu azmış kimi xanım sərnişin maşınistin üzünə də tüpürüb.
Unikal.org media24.az-a istinadən xəbər verir ki, maşınist bütün bunların qarşılığında qadına "Çox sağ ol. Hörmətin artıq olsun" deyərək yoluna davam edib.