İsveç sakini 6 qabırğasını çıxartdırıb. Belinin ölçüsünün 40 santimetr olması üçün belə bir addım atan Piksi Foks adlı qadın bu əməliyyat üçün 120 min dollar ödəyib.
Unikal.org musavat.com saytına istinadən xəbər verir. P.Foks deyir ki, cərrahiyyə müdaxiləsindən sonra hər gün sıx korset taxır, onu ancaq duş və ya fitnes məşqləri zamanı çıxarır. Qadın eyni zamanda sinəsini böyütdürüb, permanent makiyaj etdirib, botoksdan istifadə edib. "Mən indi daha bir nadir əməliyyat etdirmək istəyirəm, amma konkret hansını... demək istəmirəm".
Bunu da Foks deyib. Piksinin hazırkı görüntüsü multiplikasiya qəhrəmanı Cessika Rebbiti xatırladır.
İsveç qadın xarici görünüşünü 2015-ci ilin noyabrından etibarən dəyişməyə başlayıb. Məqsədinə çatmaq üçün qadın pendir dietasına keçib və gündə 2-5 saat idman zalında keçirib.