Artıq bir müddətdir ki, müxtəlif ölkələrin zəngin övladları dəbdəbəli həyat tərzlərini instaqram sosial şəbəkəsində nümayiş etdirirlər.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu dəfə də Tehranın ən zəngin uşaqları medianın gündəminə gəliblər. Onlar öz bahalı avtomobillərini, geyim və aksesuarlarını müxtəlif səhifələrdə paylaşıblar.

Fotolarda diqqət çəkən maraqlı məqam isə budur ki, məhz mühafizəkarlığı ilə seçilən İranda qızlar daha çox estetik əməliyyat keçirir və açıq-saçıq geyinirlər.

İranlı gənc qız və oğlanlar daha çox lüks evlərdə, vəhşi heyvanlarla pozalar veriblər.

Həmin fotolardan bir neçəsini təqdim edirik: