Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.

Habelə görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ müzakirə edilib.

xxx

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə  görüşü başlayıb. 

Unikal.org-un məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb. 

O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilir.