Türkiyə liqasında bu gün "Fənərbaxça" "Beşiktaş"ı qəbul edib.
Unikal.org mia.az-a istinadən xəbər verir ki, 5 qırmızı kartın çıxdığı, 2 penaltinin olduğu, 3 qolun vurulduğu derbi gərginliklə keçib.
Oyunun 18-ci dəqiqəsində Vinsent Janssenə Medelin müdaxiləsindən sonra hakim penaltini göstərib.
"Fənərbaxça"lı Culianonun penaltini dəqiq yerinə yetirməklə, komandasını 1-0 önə çıxıb.
41 və 43-cü dəqiqələrdə isə iki sarı kart görən"Beşiktaş"lı Quaresmameydandan qovulub.
Birinci hissəyə əlavə edilmiş dəqiqədə isə Genk Tosun Luis Netodan sıyrılb qapıçı ilə təkbətək qalsa da, Neto onu yıxıb. Hakim bu dəfə"Fənər"li Netoya qırımızı kartgöstərib. Cərimə zərbəsini vuran Taliskanın zərbəsi dəqiq olmayıb. Beləliklə, birinci hissə1-0hesabı ilə başa çatıb.
İkinci hissənin 61-ci dəqiqədə Neqradonun qolunu hakim ofsayt sayıb, hesaba almayıb. 67-də isə Pepe ilə Valbuena arasında yaşanan müdaxiləyə təpki göstərən"Beşikatş"ın baş məşqçisi Şenol Günəşhakimin qərarı ilə tribunaya göndərilib.
85-ci dəqiqədə isəAtibanın əlinə dəyən topu hakim penalti saydı, üstəlik, "Beşiktaş"lı oyunçunu meydandan qovdu. Penaltini yerinə yetirən Janssen "Fənərbaxça"nın 2-ci qolunu da vurub -2-0.
Bu qoldan 1 dəqiqə sona Neqredonun ötürməsini Babel başla qapıdan keçirib -2-1.
88-ci dəqiqədə isə daha bir qırmızı kart çıxıb. Rəqibi Oğuzhan Özyakuba sərt zərbə endirən"Beşiktaş"lı İsmayil Köybaşımeydandan qovulub.
Beləliklə, oyun 2-1 "Fənərbaxça"nın qələbəsi ilə başa çatıb.
Oyunun final fiti çalındıqdan sonra hakimə etiraz etdiyi üçün"Beşiktaş"lı Oğuzhan Özyakuba da qırmızı kart göstərilib.