Balakəndə bir ailənin 5 üzvü qidadan zəhərlənib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Balakən rayonu Bedağar kənd sakinləri- 1953-cü il təvəllüdlü Xədicə Xelimohuma qızı Mollayeva, onun gəlinləri 1989-cu il təvəllüdlü Gülnar Ramiz qızı Süleymanova, 1984-cü il təvəllüdlü Aliyə Bəxtiyar qızı Osmanova və nəvələri 6 yaşlı Xumar Qasım qızı Mollayeva, 4 yaşlı Xəyalə Qasım qızı Mollayeva zəhərlənmə əlamətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.
MRX-dan APA-ya bildirilib ki, zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir ailənin beş üzvündən, Xədicə Mollayeva, Gülnar Süleymanova və Aliyə Osmanova xəstəxananın qəbul şöbəsinə, azyaşlılar Xumar və Xəyalə Mollayeva isə uşaq şöbəsinə yerləşdiriliblər. Müayinə zamanı məlum olub ki, bir ailənin beş üzvü yaşadıqları ünvanda nahar yeməyində müxtəlif növ qidalar qəbul etdikdən bir qədər sonra onlarda zəhərlənmə əlamətləri büruzə verib.
Zəhərlənənlərin hamısına lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.