Sentyabrın 25-də gecə saatlarında Masallı rayonunda yağışla müşayiət olunan güclü külək yaşayış məntəqələrində bir sıra fəsadlar törədib.
Unikal.org xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov AZƏRTAC-a bildirib ki, güclü külək və leysan yağışları nəticəsində şəhərdəki 50 nömrəli yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 5 avtomobilə zərər dəyib.
Hazırda ərazi ağır texnikaların və canlı qüvvənin köməyi ilə təmizlənir. Sabah binanın dam örtüyü yenidən bərpa olunacaq.
Güclü külək beş ədəd irigövdəli ağacı kökündən qoparıb, elektrik naqillərinə ciddi ziyan vurub. Nəticədə yaşayış məntəqələrində əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Sentyabrın 26-da təbii fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Hazırda rayonun bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunub.