Bakıda qadınların idarə etdiyi avtomobillər toqquşub.

Unika.org Trend-ə istinadən xəbər verir ki,  hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospekti, 529- cu məhəllədə baş verib.

"Azərbaycan Nəşriyyatının qarşısında 99 LS 209 dövlət nömrə nişanlı avtomovil 90 VD 220 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində 99 LS 209 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyada səkisindən aşıb və 5 mərtəbəli binaya çırpılıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.