Ağdam rayonunun Paşabəyli kəndinə ildırım düşüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, nəticədə kəndin ən hündür şam ağacının budaqlarını qırıb. Ağacdan tökülən budaqlar yanmağa başlayıb. Yaxınlıqda olan kənd sakinləri alovu söndürərək, yanğının tikililərə keçməsinin qarşısını alıblar.
İldırım düşən əraziyə yaxın yanacaq doldurma məntəqəsindəki aparatı sıradan çıxarıb. Hazırda sistemi pozulan yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayanıb.