Şəkidə bədbəxt hadisə baş verib. 

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb. 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.