Tovuzda 65 yaşlı qadın ağacdan yıxılıb.

Unikal.org  xəbər verir  ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü Kazımova Adilə Yunis qızı həyətlərində meyvə yığarkən ağacdan yıxılıb. Qadın ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdlrılıb.

Hazırda qadın komadan ayılsa da, vəziyyəti orta ağır qiymətləndirilir.(trend)