Bakı şəhərində iki nəfər spirtdən zəhərlənərək ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, sentyabrın 28-də paytaxtın Xətai rayonu ərazisində yerləşən Xocalı parkında iki kişi meyiti aşkar edilib. Hadisə yerinə baxış keçirilərkən meyitlərin yanında şüşədə etil spirti tapılıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxslərdən birinin Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Mükafat Qulam oğlu Bədəlov olduğu müəyyən edilib. Digər şəxsin kimliyi isə hələlik məlum deyil.
İlkin məlumata görə, hər iki şəxs spirtdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.