Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayıb.

Unikal.org-un məlumatına görə, mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

13:01

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilir.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib.

Elm və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Vida mərasimi davam edir.