Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəkləyir.
Bunu İraqın Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar unikal.org-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir:
"Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır".