Ötən gün 47 saylı Mingəçevir Seçki Dairəsində yanğın baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 28-də gecə saat 22:30 - 23:00 radələrində Mingəçevir şəhərinin M.Maqomayev prospektində yerləşən dairənin inzibati binasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun miqyasının böyüməsinin qarşısı alınıb.

Yanğına qısaqapanmanın səbəb olduğu bildirilib.