Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması Türkiyənin başlıca hədəflərindən biridir.
Unikal.org xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Trend-in əməkdaşının sualına cavab olaraq bildirib ki, ölkəsi Azərbaycanla münasibətlərin gücləndirilməsinə hər zaman önəm verib.
Səfir qeyd edib ki, Türkiyə bundan sonra da bu istiqamətdə ciddi addımlar atacaq:
"Biz Türkiyə olaraq, digər türkdilli ölkələrlə də münasibətlərimizin gücləndirilməsini hədəf götürmüşük. Bildiyiniz kimi, Türkiyə hökumətinin "Hədəf-2023 proqramı var. Bu proqram çərçivəsində əlaqələrimiz daha da möhkəmlənəcək.