"Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir".
Bunu unikal.org-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktaybrın 1-də İspaniyanın Kataloniya bölgəsində keçirilmiş "müstəqillik referendumu"nu şərh edərkən deyib.
"Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq", - deyə o bildirib.