Azərbaycanda ev təsərrüfatları üçün ikisəviyyəli tarif sistemi tətbiq olunacaq.

Unikal.org-un məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, əmək bazarının (o cümlədən kommunal xidmətlər sektorunda) həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq müxtəlif ixtisaslara, həmçinin zəruri kompetensiyalara olan tələbatın müəyyənləşdirilməsinə imkan verən mükəmməl, çevik monitorinq və proqnozlaşdırma sisteminin yaradılması üzrə təkliflərin hazırlanması məqsədilə müvafiq potensialları nəzərə alaraq, istehlakçılar və istehsalçılar üçün optimal alış-satış qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı sorğular aparılacaq, xərci əks etdirən tariflərin (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan) tətbiqi nəzərdən keçiriləcək, ev təsərrüfatları üçün ikisəviyyəli tarif sisteminin tətbiqi, tariflərin tətbiq olunacağı istehlak həcmi hədləri və bu şkalalar üzrə müvafiq tariflər müəyyənləşdiriləcək.

Eyni zamanda əmək bazarının həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq kommunal təsərrüfat sistemində zəruri bacarıqlara olan tələbatı müəyyənləşdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi tərəfindən hazırlanmış "Əmək bazarının proqnozlaşdırılması və monitorinqi sistemindən istifadə etməklə müvafiq monitorinq qiymətləndirmələri aparılacaq və bu indikatorlar üzrə proqnoz ssenariləri hazırlanacaq.