"Azərbaycanla əlaqələrimiz mükəmməl səviyyədədir. Bu, hər hansı pafoslu sözlər deyil".
Unikal.org-un məlumatına görə, bunu Bakıda Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib.
Nazir Azərbaycan və Ukraynanın ortaq çağırışlarla üz-üzə olduğunu bildirib.
"Ukraynada Donbas və Krım işğal olunub, Azərbaycanda isə Qarabağ. Biz beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyirik. Əlaqələrimiz strateji xarakter daşıyır. İqtisadi əlaqələrimiz üçün böyük potensial var. Bu ilin 9 ayında ötən ilə nisbətən ticarət dövriyyəsi 66 faiz artıb. Biz düşünürük ki, ticarəti daha 10 dəfə artıra bilərik. İnsanlar arasında xüsusi simpatiya olmasaydı, əlaqələr strateji səviyyəyə çatmazdı. Ukraynalılar burada özlərini evlərindəki kimi hiss edirlər".