"Azərbaycan Almaniya üçün Cənubi Qafqaz regionunda ən vacib tərəfdaşdır".
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
Səfir son zamanlarda yaşanan iqtisadi böhranın Azərbaycanla ticarət sahəsinə də öz təsirini göstərdiyini təəssüflə qeyd edib.
Diplomat bildirib ki, buna baxmayaraq, alman şirkətləri gələcəkdə də Azərbaycan şirkətlərinin tərəfdaşı olmaq istəyirlər: "Bu il Almaniya və Azərbaycan arasında iqtisadi biznes forumu təşkil olunacaq. Bu forumda çoxsaylı Almaniya şirkətləri iştirak edəcək. Bundan başqa, bu ilin payızında Berlində Azərbaycan və Almaniya arasında təsis olunmuş yüksək səviyyəli işçi qrupunun növbəti iclası gözlənilir. Bu iclasda gələcək iqtisadi layihələr müzakirə olunacaq".
Azərbaycanın gələcək iqtisadi inkişafına inamını ifadə edən səfir bildirib ki, alman şirkətləri bu inkişafa öz töhfəsini verəcək.