Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bunu Saakaşvilinin vəkili Markiyan Qalabala deyib. Onun sözlərinə görə, Ukraynanın Miqrasiya Xİdməti üzərindən 24 saat keçməsinə baxmayaraq, Saakaşvilinin müraciətinə cavab verməyib.

Qanuna görə, siyasi sığınacaqla bağlı müraciətə bir gün ərzində cavab verilməlidir.

Qeyd edək ki, qanuna əsasən Ukrayna hökuməti siyasi sığınacaq istəyən şəxsi ekstradisiya edə bilməz.