Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasını dəstəkləyir.
Unikal.org-un məlumatına görə, bunu mətbuat konfransında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
Diplomat bildirib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
"Biz istərdik ki, münaqişənin nizamlanması üzrə danışıqlar prosesi davam etdirilsin".