Türkiyənin Hakkari vilayətində partlayış törədilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçinin həlak olması, daha 4 nəfərin yaralanması barədə xəbər verilib.

Qeyd olunur ki, hadisə Yüksekova rayonunda patrul xidməti zamanı baş verib.

Hazırda partlayışı törədənlərin axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.

Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.