ARB TV-də yayımlanan "Səhər-Səhər verlişində gərgin anlar yaşanıb.

Unikal.org-un məlumatına görə, proqramın bu dəfəki qonaqları müğənni Mətanət Əsədova, Tacir Şahmalıoğlu və yazıçı-kulturoloq Aydınxan Əbilov olub.

A.Əbilovun "Mətanət Əsədova özünü qalmaqalla reklam edir deməsi müğənnini özündən çıxarıb.

Əsədova əsəbiləşərək efiri tərk edib, kulturoloq və layihənin aparıcılarına öz iradını bildirib:

"Sözümü deyib gedirəm, Allah sizə can sağlığı versin. Gedim, heç kəs məni küsdürə bilməz. Mətanət Əsədova heç vaxt yüngül reklamlar etməyib. Sənətkarla sənətkar dilində danışmaq lazımdır. Belə ucuz reklamlar bizə lazım deyil.