Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs Səud Moskvaya gəlib.

Unikal.org-un "Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu, kralın iki ölkə tarixində Rusiyaya ilk səfəridir.

Səfər çərçivəsində Salman bin Əbdül Əziz Əs Səud Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitriy Medvedevlə görüşəcək.

İşgüzar səfərin oktyabrın 7-dək davam edəcəyi gözlənilir.