Abşeronda intihar hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hadisə Saray bağlarında qeydə alınıb. Orada yaşayan 1964-cü il təvəllüdlü Elşən Mahmud oğlu Məmmədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.