2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
Unikal.org-un məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb.
Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K. İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, "Məni getməyə qoyma, "Uşaqlığımı axtaranda, "Uzaq təpələr və s. romanları ilə məşhurdur.
"Məni getməyə qoyma romanı əsasında film də çəkilib.
1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb.
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.