Moskvada erməni biznesmen güllələnib.

Unikal.org-un RBK-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 15:30-da baş verib.
Naməlum şəxs Voronejdə fəaliyyət göstərən erməni diaspor təşkilatının sədri Arsen Papazyana odlu silahdan bir neçə dəfə atəş açıb. A. Papazyan xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.