Səudiyyə Ərəbistanı Rusiyadan S-400 zenit-raket kompleksləri əldə edəcək. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma Səudiyyə Ərəbistanının kralı Salman Abdül Əziz əl Saudun Moskvaya səfəri çərçivəsində əldə edilib.

Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri Oleq Ozerov bundan əvvəl krallığın Rusiyadan S 400 zenit-raket kompleksləri əldə etmək niyyətində olduğunu bildirmişdi.