Rusiyanın Nijeqorod vilayətində fəaliyyət göstərən neft emalı zavodunda baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb. 

Unikal.org-un "İnterfaksa istinadən verdiyi xəbərə görə, insident Kstovo şəhərində baş verib.
"Dörd nəfər ölüb. Onlar işləri həyata keçirən podratçı təşkilatın əməkdaşları olub, - deyə Kstovo rayon administrasiyasından bildirilib.
Məlumata görə, yanğının ikinci rezervuara yayılmasının qarşısı alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.