Cəlilabad rayonunda yaşayış olmayan evdən oğurluq edilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Vüqar Niftullayev küçəsində Alxas Məmmədova məxsus evdə baş verib.
Belə ki, uzun müddətdir Bakıda yaşayan ev sahibi rayona gələrkən şəxsi mənzilinin qapısının üzərindəki kilidin sındırıldığını görüb. Məlum olub ki, naməlum şəxs və ya şəxslər evdən bahalı məişət və cehizlik əşyalarını oğurlamaqla A.Məmmədova, ümumilikdə, 3 min manatdan çox zərər vurublar.
Zərərçəkən bildirib ki, bundan əvvəl də onun evindən oğurluq etmək məqsədilə zirzəmidəki pəncərənin şüşəsinin sındırıldığını, lakin mənzilə giriş olmadığından oğruların istəyinə nail ola bilmədiyini söyləyib.
Faktla bağlı araşdırma aparılır.