21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, 5-ci qrupda çıxış edən komandamız səfərdə Almaniya ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub. Bu, Samir Ələkbərovun baş məşqçisi olduğu yığmamızda debüt matçı olub.

Qeyd edək ki, millimiz bundan əvvəl İsrail və İrlandiyaya 1:3 hesabı ilə məğlub olmuşdu.