ABŞ-ın Cənubi Karolina ştatında, "Fort Cekson hərbi bazasının ərazisində ağır yol qəzası baş verib. 

Unikal.org-un "RT-yə  istinadən verdiyi xəbərə görə, avtomobilin kütləyə çırpılması nəticəsində iki hərbçi ölüb, 6-sı xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Faktı təsdiqləyən hərbi bazanın komandiri Pit Conson özünün "Tvitter səhifəsində qəza ilə əlaqədar araşdırmalara başlandığını bildirib. 

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.