Gədəbəy rayonuna qar yağıb.
Unikal.org apa-ya istinadən  xəbər verir ki, ötən gecə qərb bölgəsində əsən güclü küləkdən sonra rayona qar yağıb. Rayon mərkəzinə təxminən 5 sm, kəndlərə isə 10 sm-ə kimi yağıntı düşüb.
 
Gədəbəy rayon İcra Hakimiyyəti aparatından bildiriblər ki, qar enerji təchizatında və avtomobillərin hərəkətində heç bir çətinlik yaratmayıb.