İran İslam Respublikasında dostluq səfərində olan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Vətənə qayıdıb.
Bu barədə unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər iki ölkənin bayrağının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan dənizçilərimiz oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.