Türkiyə Silahlı Qüvvələrinin 70 vəzifəli hərbçisinin saxlanılması barədə sanksiya verilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər.
Məlumata görə, mərkəzi Konya olmaqla Türkiyənin 7 əyalətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində 30 hərbçi tutulub.